İdman

İspaniya La Liqasında sensasiya qeydə alındı - VİDEO

14 May 2026, 01:32 1 baxış
İspaniya La Liqasında sensasiya qeydə alındı - VİDEO
İspaniya La Liqasının 36-cı turunda "Barselona" səfərdə "Alaves" klubuna 1:0 hesabı ilə uduzub. Oxu.Az xəbər verir ki, qarşılaşma Vitoriyadakı "Mendisorrosa" stadionunda keçirilib. Oyunda yeganə qolu 45+1-ci dəqiqədə İbrahima Dyabate vurub.
"Barselona" ötən turda vaxtından əvvəl İspaniya çempionu adını təmin etmişdi. Komanda 36 oyundan sonra 91 xalla turnir cədvəlinə başçılıq edir. "Alaves" isə 40 xalla 15-ci pillədə qərarlaşıb. Növbəti turda "Barselona" evdə "Real Betis"lə qarşılaşacaq. "Alaves" isə səfərdə "Real Oviedo"nu sınağa çəkəcək.
İspaniya La Liqasında sensasiya qeydə alındı - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər