Dünya
ABŞ Polşa ilə bağlı hərbi planını dəyişdi
ABŞ Polşa ərazisində əlavə hərbi kontingent yerləşdirmək planından imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə "Defense News" nəşri məlumat yayıb. "ABŞ ordusu dörd mindən çox hərbçi və müvafiq texnika ilə birlikdə birinci süvari diviziyasının ikinci zirehli briqadasının Polşaya göndərilməsini ləğv edib", - deyə adının açıqlanmasını istəməyən hərbi mənbə nəşrə bildirib. Qeyd edək ki, hazırda Polşa ərazisində ABŞ-yə məxsus təxminən 10 min hərbi qulluqçu yerləşdirilib.
Mənbə
oxu.az