Cəmiyyət

Bayram Muradov və müavini vəzifələrindən AZAD EDİLDİLƏR

13 May 2026, 23:12 1 baxış
Bayram Muradov və müavini vəzifələrindən AZAD EDİLDİLƏR
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətlə bağlı kadr dəyişiklikləri həyata keçirilib. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xəstəxananın direktoru Bayram Cəbrayıl oğlu Muradov və inzibati işlər üzrə direktor müavini Elnur Nazim oğlu Mahmudov tutduqları vəzifələrdən ayrılıblar. Məlumata əsasən, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı ilə aparılan struktur və kadr yenilənməsi çərçivəsində baş tutub. Bildirilir ki, hər iki şəxs vəzifədən öz ərizələri əsasında azad olunub. Qeyd olunur ki, müəssisədə idarəetmə və təşkilati struktur üzrə dəyişikliklərin davam etdirilməsi nəzərdə tutulur.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər