İdman

AFFA prezidenti "Sabah"ı təbrik edib

13 May 2026, 23:18 1 baxış
AFFA prezidenti "Sabah"ı təbrik edib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Sabah" klubunu qələbə münasibətilə təbrik edib. Oxu.Az xəbər verir ki, R.Nəcəf bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "Hörmətli "Sabah" klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular! Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm! Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə nümayiş etdirdiyiniz əzmkar oyun, peşəkarlıq və qələbə ruhu sizi layiqli zəfərə daşıdı. Final qarşılaşmasında göstərdiyiniz yüksək performans futbolsevərlərə yaddaqalan anlar yaşatdı. Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir. İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız. Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!", - paylaşımda qeyd olunub.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər