Dünya
Vaşinqtonda kritik səsvermə: İrana dair qətnamə yenə rədd edildi
ABŞ Konqresinin Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa faktiki şəkildə məcbur edən qətnaməni yeddinci dəfə rədd edib. Oxu.Az xəbər verir ki, səsvermənin yayımını C-SPAN telekanalı həyata keçirib. Qətnamənin lehinə 49 senator, əleyhinə isə 50 senator səs verib. Xatırlayaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik qarşılıqlı atəşkəs elan edib.
Mənbə
oxu.az