Dünya

Məhkəmə zalından çıxarkən Yermaka yumurta atıblar

13 May 2026, 22:24 1 baxış
Məhkəmə zalından çıxarkən Yermaka yumurta atıblar
Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyasının keçmiş rəhbəri Andrey Yermaka məhkəmə binasından çıxarkən naməlum şəxs tərəfindən yumurta atılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb. Bildirilib ki, atılan yumurta Yermaka dəyməyib. Hücum edən şəxs uğursuzluğunu onun ünvanına emosional və nalayiq ifadələr səsləndirməklə "kompensasiya edib". Mühafizəçilər dərhal müdaxilə edərək hücumçunu uzaqlaşdırıblar, Yermak isə hadisə yerini tərk edib. Qeyd edək ki, mayın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) Andrey Yermaka cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı ilə cinayət işi açıb. Onu bu maddə üzrə 15 ilədək həbs cəzası gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər