İdman
Rəşad Sadıqov: "UEFA Konfrans Liqasına düşmək üçün mübarizəmizi davam etdirəcəyik"
"UEFA Konfrans Liqasına düşmək üçün Misli Premyer Liqasında mübarizəmizi davam etdirəcəyik". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Kubokunun finalından sonra "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov deyib. O bildirib ki, turnir cədvəlində dördüncü sıraya yüksəlmək üçün komanda olaraq əllərindən gələni edəcəklər: "Əsas rəqibimiz "Neftçi" bizdən 3 xal öndədir. Çempionatın bitməsinə 2 tur qalıb. İnanırıq ki, sona qədər döyüşüb, bir üst pilləyə qalxa biləcəyik". Qeyd edək ki, matç "Sabah" klubunun "Zirə" üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə
oxu.az