Dünya

Donald Trampın qızılı telefonunun satışına bu həftə başlanacaq

13 May 2026, 21:36 1 baxış
Donald Trampın qızılı telefonunun satışına bu həftə başlanacaq
ABŞ Prezidenti Donald Trampın adını daşıyan qızılı smartfonlar bu həftədən etibarən alıcılara göndərilməyə başlanacaq. Oxu.Az xəbər verir ki, bu barədə "USA Today" nəşri "Trump Mobile" şirkətinə istinadən xəbər yayıb. Qeyd olunub ki, cihazın təqdimatı bir neçə dəfə təxirə salınıb. Belə ki, smartfonun ilkin olaraq 2025-ci ilin avqustunda satışa çıxarılması planlaşdırılsa da, proses uzanıb. "Trump Mobile" şirkətinin baş direktoru Pat O'Brayen istehsalatda müəyyən gecikmələrin yaşandığını təsdiqləyib. Bundan əvvəl sosial şəbəkələrdə smartfonların alıcılara ümumiyyətlə çatdırılmayacağı ilə bağlı iddialar yayılmışdı. Şirkət öncədən verilən sifarişlərin dəqiq sayı barədə məlumat açıqlamasa da, layihəyə olan maraqdan "son dərəcə razı" qaldıqlarını bəyan edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər