Dünya

Türkiyədə hakimlə bağlı yeni detallar ortaya çıxdı: İddialar şok effekti yaratdı

13 May 2026, 20:18 1 baxış
Türkiyədə hakimlə bağlı yeni detallar ortaya çıxdı: İddialar şok effekti yaratdı
Türkiyənin Çanaqqala şəhərində sevgilisi tərəfindən döyülən qadın hakimlə bağlı araşdırma başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, 4-cü Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışmış 33 yaşlı hakim 2025-ci ilin dekabr ayında sevgilisi, tikinti mühəndisi Burak Doğanla qısqanclıq zəminində ciddi mübahisə yaşayıb. İddiaya əsasən, sevgilisinin evində bir kişi vəkil və iki qadınla spirtli içki qəbul etdiyini öyrənən Burak Doğan qadının evinə gedib. O, evdə olan qonaqları bıçaqla hədələyərək mənzildən çıxarıb, qadını isə yataq otağında amansızcasına döyüb. Xəstəxanaya çatdırılan qadının yanaq sümüyünün sındığı müəyyən edilib. Burak Doğan isə həbs olunub. Hadisədən sonra aparılan araşdırmalar məsələnin yalnız zorakılıqla məhdudlaşmadığını ortaya çıxarıb. Təhlükəsizlik kameralarının görüntüləri və şahid ifadələri araşdırılarkən evə tez-tez girib-çıxan bir taksi sürücüsü diqqət mərkəzinə düşüb. Nəzarətə götürülən Kadir adlı taksi sürücüsü ifadəsində diqqətçəkən iddialar səsləndirib. O bildirib ki, qadın hakimə mütəmadi olaraq həblər gətirib və həmin preparatları başqa şəhərdən əldə edib. Bu iddialardan sonra istintaqın istiqaməti dəyişib. Qadın hakim isə sözügedən dərmanların "yaşıl reseptli" preparatlar olduğunu etiraf edib. İstintaqın obyektiv aparılmasını təmin etmək məqsədilə qadın hakim üç ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb. Qərarı öyrənən qadının buna sərt reaksiya göstərdiyi bildirilir. O, işlədiyi məhkəmə binasına gələrək dəhlizdə ətrafındakı şəxslərə təhqir və təhdidlər səsləndirib. Daha sonra təhlükəsizlik əməkdaşları və məhkəmə personalı tərəfindən binadan uzaqlaşdırılıb. Hazırda həm zorakılıq hadisəsi, həm də sonradan ortaya çıxan qanun pozuntusu iddiaları ilə bağlı çoxşaxəli məhkəmə və inzibati araşdırmalar davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər