Cəmiyyət
Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
Bu gün saat 23:00-dan 15 may saat 24:00-dək Bakının İzmir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyətin tətbiqi Yasamal rayonu, İzmir küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Tiflis prospektinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədardır.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.
Mənbə
axar.az