Dünya

Böyük Britaniyada siyasi böhran: Nazirlər hökumət başçısına qarşı çıxdılar

13 May 2026, 19:36 1 baxış
Böyük Britaniyada siyasi böhran: Nazirlər hökumət başçısına qarşı çıxdılar
Birləşmiş Krallığın səhiyyə naziri Ues Stritinq hökumətdən istefa vermək və Baş nazir Kir Starmerin vəzifəsindən uzaqlaşdırılmasına nail olmaq niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə "The Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Çərşənbə günü səhər saatlarında Starmer Dauninq küçəsi, 10 ünvanındakı iqamətgahında Stritinqi qəbul edib. Nazirin təşəbbüsü ilə baş tutan və cəmi 20 dəqiqə çəkən görüşün məqsədi partiyanın nüfuzunu bərpa etmək üçün atılacaq addımları aydınlaşdırmaq olub. Müzakirələrdən sonra Stritinqin istefa vermək və Starmeri partiya rəhbərliyindən kənarlaşdırmaq üçün rəsmi prosedura başlamaq qərarına gəldiyi bildirilir. Bu qərarın mayın 14-də ictimaiyyətə açıqlanacağı gözlənilir. Britaniyada siyasi vəziyyət 7 may yerli seçkidən sonra gərginləşib. Leyboristlər partiya tarixində ilk dəfə Uels Parlamentində çoxluğu itiriblər. Ümumilikdə, partiya müxtəlif nümayəndəli orqanlarda 1 400 mandat itirib. Starmer məğlubiyyətə görə məsuliyyəti üzərinə götürsə də, postunu tərk etməyə razılaşmayıb. Hazırda İcmalar Palatasını təmsil edən 90-a yaxın leyborist deputat Starmerin gedişini tələb edir. Artıq dörd nazir - Myatta Fahnbulleh, Jess Phillips, Alex Davies-Jones və Zubir Ahmed etiraz əlaməti olaraq istefa veriblər. Britaniya qanunlarına görə, iqtidar partiyasına yeni rəhbər seçilərsə, həmin şəxs növbədənkənar ümumi seçki keçirilmədən birbaşa ölkənin baş naziri vəzifəsini icra edir. Bunun üçün deputatlardan birinin partiyanın baş katibinə rəsmi yazılı müraciət ünvanlaması kifayətdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər