Cəmiyyət

TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı

13 May 2026, 19:19 1 baxış
TƏBİB məlumat yaydı: Bu xidmət dayandırıldı

Rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində "e-Tabib" mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin "mygov" platformasına inteqrasiya prosesi artıq bitib.


Axar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.


Qeyd olunub ki, bu gündən etibarən "e-Tabib" tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq "mygov" platformasından təqdim olunur.


Qərar xidmətlərin təkrarlanmasının qarşısının alınması və vətəndaşlara daha çevik xidmət göstərilməsi məqsədilə qəbul olunub. Bununla da "e-Tabib" "mygov" platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.

Mənbə axar.az

Oxşar Xəbərlər