Dünya
Ərdoğan Qazaxıstana rəsmi səfər edib - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək və bir sıra rəsmi görüşlər keçirmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ərdoğanın təyyarəsi hava limanına eniş edərkən onu Qazaxıstanın hərbi təyyarələri müşayiət edib.
"Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə toplantısı mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Türkiyə liderini hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Qarşılama mərasimində qazaxıstanlı uşaqlar və hərbi orkestr də iştirak edib. Ərdoğan üçün xüsusi hərbi parad təşkil olunub. Səmada Türkiyə və Qazaxıstan bayraqlarını daşıyan iki hərbi helikopter mərasimə xüsusi rəng qatıb. Qarşılama mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan Astanada qalacağı hotelə yollanıb. Mayın 14-də rəsmi görüşlərə başlayacaq Türkiyə liderinin Tokayev tərəfindən rəsmi mərasimlə qarşılanacağı, daha sonra isə iki lider arasında ikitərəfli görüş keçiriləcəyi planlaşdırılır.

Mənbə
oxu.az