Cəmiyyət

"Uşaqlar təhlükə altındadır" - Samur qəsəbəsindəki qəzalı bağça ilə bağlı ŞİKAYƏT - VİDEO

13 May 2026, 18:20 2 baxış
"Uşaqlar təhlükə altındadır" - Samur qəsəbəsindəki qəzalı bağça ilə bağlı ŞİKAYƏT - VİDEO
Qusar rayonunun Samur qəsəbəsinin sakinləri uşaq bağçasının qəzalı vəziyyətdə olmasından şikayətçidirlər. Oxu.Az-ın qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, bağçanın divarlarında çatlar var: "Divardan parçalar qoparaq təhlükə yaradır. Uşaqların bu vəziyyətdə qəzalı binada olması təhlükəlidir. Alternativ bağça olmadığı üçün övladlarımızı bura göndərmək məcburiyyətindəyik". Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. Bağçanın durumunun əks olunduğu videogörüntünü təqdim edirik:
"Uşaqlar təhlükə altındadır" - Samur qəsəbəsindəki qəzalı bağça ilə bağlı ŞİKAYƏT - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər