Cəmiyyət
Masazırda kanalizasiya problemi: "Üfunətdən küçədən keçmək olmur" - FOTO
Abşeron rayonu, Masazır kəndi, Afiq Abdulhüseynov küçəsi, 65 ünvanında kanalizasiya sularının küçəyə axması sakinlərin narazılığına səbəb olub. Oxu.Az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, problem uzun müddətdir davam edir. "Məsələ mətbuatda işıqlandırılsa da, əraziyə gələn aidiyyəti qurumlar problemin tam həlli istiqamətində nəticə əldə etməyiblər. Hazırda Masazırın ən işlək küçələrindən biri hesab olunan Afiq Abdulhüseynov, 65-də kanalizasiya suları aylardır yola axır və ətrafda antisanitar vəziyyət hökm sürür. İsti havalarda isə üfunətdən bu küçədən keçmək olmur", - deyə şikayətdə vurğulanır. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az