Cəmiyyət

Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı

13 May 2026, 18:37 2 baxış
Azərbaycanda bu kəndlərə dolu düşdü, şimşək çaxdı

Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.


Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.


Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər