Dünya

Marin Le Pen: "Məhkəmə şərti cəza təyin etsə belə, seçkidə iştirak edəcəyəm"

13 May 2026, 16:52 1 baxış
Marin Le Pen: "Məhkəmə şərti cəza təyin etsə belə, seçkidə iştirak edəcəyəm"
Fransanın sağçı Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen məhkəmənin ona şərti cəza təyin edəcəyi halda belə, seçkidə iştirak etmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə Le Pen RTL radiostansiyasına danışıb. "Mən, əlbəttə ki, namizəd olacağam", - o, şərti azadlıqdan məhrumetmə cəzası təyin edilərsə, namizədliyini irəli sürüb-sürməyəcəyi sualına cavab verərək bildirib. Le Pen əlavə edib ki, özünü müdafiə etmək üçün bütün mövcud vasitələrdən istifadəyə davam edəcək: "Lakin ədalət məhkəməsi mənə namizəd olmağa və kampaniya aparmağa mane olarsa, o zaman mən iştirak etməyəcəyəm". Qeyd edək ki, Paris Apelyasiya Məhkəməsi iyulun 7-də Le Penin Avropa Parlamentinin hesabına parlament köməkçilərinin saxta işə götürülməsi işi üzrə hökmdən şikayəti barədə qərar elan edəcək. Birinci instansiya məhkəməsi 2025-ci il martın 31-də bu iş üzrə Le Peni dörd il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bunun iki ili ərzində o, elektron qolbaq taxmalı olacaq (daha iki il şərti verilib). Həmçinin məhkəmə onu beş il müddətinə seçkili vəzifələr tutmaq və seçkidə iştirak etmək hüququndan məhrum edib. Azadlıqdan məhrumetmə cəzasından fərqli olaraq, bu tədbir dərhal qüvvəyə minib və yalnız uğurlu apellyasiya zamanı ləğv edilə bilər. Qadağa yalnız parlamentin aşağı palatasında mövcud deputat mandatına şamil edilmir. Qeyd edək ki, Fransada prezident seçkisi gələn ilin aprelinə planlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər