İdman

“Fənərbağça” Salahı alır: İlkin razılıq...

13 May 2026, 15:18 1 baxış
“Fənərbağça” Salahı alır: İlkin razılıq...

“Fənərbağça”da prezident seçkiləri öncəsi sensasion transfer iddiası gündəmə gəlib.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, İstanbul klubu Məhəmməd Salahı transfer etmək istəyir.


Məlumata görə, “Fənərbağça” misirli hücumçuya 3 illik müqavilə təklif edib. Təklifin ümumi dəyərinin 20 milyon avro olduğu bildirilir.


İddialara əsasən, Salah “Fənərbağça”nın təklifinə müsbət yanaşıb. Lakin futbolçu qərar verməzdən əvvəl digər təklifləri də nəzərdən keçirmək üçün vaxt istəyib.


Qeyd edək ki, Məhəmməd Salahın adı son günlər bir neçə klubla hallanır. Onun yekun qərarını yaxın müddətdə verəcəyi gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər