Dünya

450 milyon dollar: Ukrayna bir günə bu qədər pulu nəyə xərcləyir?

13 May 2026, 14:40 1 baxış
450 milyon dollar: Ukrayna bir günə bu qədər pulu nəyə xərcləyir?
Döyüş əməliyyatlarının bir günü Ukraynaya təxminən 450 milyon ABŞ dollarına başa gəlir. Oxu.Az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib. Nazir həmçinin bildirib ki, 2026-cı il onun ölkəsi üçün "sülh məsələsində həlledici" ola bilər, lakin bunun üçün ABŞ-nin fəal iştirakı tələb olunacaq. Qeyd edək ki, aprelin 22-də Avropa İttifaqı Ukrayna üçün 2026-2027-ci illər üçün nəzərdə tutulmuş 90 milyard avroluq kredit paketini təsdiqləyib. Ümumi məbləğin 60 milyardı silah alınması, qalan 30 milyard isə Ukraynanın büdcə ehtiyaclarının maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Daha sonra Avropa diplomatiyasının rəhbəri Kaya Kallas təsdiq edib ki, yeni 90 milyard avroluq kreditdən Ukraynaya ilk ödənişlər PUA-ların alınması üçün istifadə olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər