Dünya

Filipp Kirkorov doğum günündəki açıqlaması ilə gündəm oldu

13 May 2026, 14:56 1 baxış
Filipp Kirkorov doğum günündəki açıqlaması ilə gündəm oldu
Məşhur ifaçı Filipp Kirkorov gələcəkdə ailə qurmaq niyyətində olmadığını bəyan edib. O bu qərarını öz ad günü məclisində qonaqların diqqətinə çatdırıb. Rusiyalı sənətçi 59 yaşının tamam olmasını yubileyöncəsi "geyim məşqi" kimi dəyərləndirib və bu əlamətdar günü Moskva restoranlarının birində yaxın əhatəsi ilə qeyd edib. Oxu.Az xəbər verir ki, bu barədə Kp.ru məlumat yayıb. "Bununla da bitdi, bir daha evlənmək fikrim yoxdur. Lakin həyatdır, məlum məsələdir ki, mən heç zaman "heç vaxt" deməyi sevmirəm", - deyə sənətçi vurğulayıb. Tədbir səmimi və ailəvi şəraitdə baş tutub. İfaçının 14 yaşlı qızı Alla-Viktoriya və 13 yaşlı oğlu Martin də məclisdə iştirak edərək atalarına bayram tortunun şamlarını üfürməyə kömək ediblər. Gecə ərzində səbəbkar iki fərqli libasdan istifadə edib: o, məclisə əvvəlcə qırmızı piton dərisindən olan gödəkçə və dəyəri 300 min rubl təşkil edən çəkmələrlə qatılıb, daha sonra isə bahalı broşla bəzədilmiş başqa bir gödəkçəyə üstünlük verib. Tədbirə dəvətlilər sırasında Yana Rudkovskaya, İqor Krutoy, Ani Lorak, Kseniya Sobçak və Yeqor Krid kimi tanınmış simalar yer alıb. İfaçı Sevil isə həyat yoldaşı, TONI ləqəbli müğənni Anton Qayvoronski ilə birgə iştirak edib. Qeyd edək ki, Kirkorov bir müddət öncə "Milyon üçün sirr" proqramında Sevilə evlilik təklifi etmək niyyətində olduğunu və ona üzük bağışladığını, lakin sonradan xanımın ailəli olduğunu bildiyini söyləmişdi. Hazırda bu ailə ilə yalnız dostluq əlaqələrini davam etdirən pop-kral, yenidən nikah bağlamaq düşüncəsini tamamilə kənara qoyub.
Mənbə oxu.az

Oxşar Xəbərlər