Dünya

"Qanlı idman" və "Məxfi materiallar" filmlərinin ABŞ-li aktyoru vəfat etdi

13 May 2026, 13:22 1 baxış
"Qanlı idman" və "Məxfi materiallar" filmlərinin ABŞ-li aktyoru vəfat etdi
Tanınmış ABŞ-li aktyor Donald Gibb 72 yaşında vəfat edib. Oxu.Az TMZ-yə istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu məlumat verib. Məlumata görə, sənətçi uzun sürən sağlamlıq problemləri ilə mübarizədən sonra dünyasını dəyişib. Sözügedən aktyor daha çox "Qanlı idman" filmindəki "Rey Cekson" rolu ilə tanınıb. Gibb 70-dən çox filmdə rol alıb. O, "Henkok", "Skeytbordçular", "Qanunun xidmətçiləri", "Məxfi materiallar", "Kvant sıçrayışı", "A komandası", "Yolların cəngavəri" kimi ekran əsərlərində də çəkilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər