İdman

Azərbaycan Kubokunda HƏLLEDİCİ GÜN: "Sabah" və "Zirə" ÜZ-ÜZƏ

13 May 2026, 10:04 1 baxış
Azərbaycan Kubokunda HƏLLEDİCİ GÜN: "Sabah" və "Zirə" ÜZ-ÜZƏ
Bu gün 2025/26 mövsümü futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, həlledici matçda Misli Premyer Liqasında ilk çempionluğunu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə üz-üzə gələcək. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da "Palms Sports Arena"da start götürəcək. Qeyd edək ki, "Sabah" kubokun son qalibidir, "Zirə" isə bunadək iki dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib. Azərbaycan Kuboku Final 13 may 20:00. "Sabah" - "Zirə" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev. Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə. VAR: Tural Qurbanov. AVAR: Rəhman İmami. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Anar Şıxəliyev. "Palms Sports Arena".
Mənbə oxu.az

Oxşar Xəbərlər