Dünya
Serbiya tarixində NATO ilə bağlı İLK
Serbiya ordusu tarixində ilk dəfə olaraq NATO ilə birgə hərbi təlimlərdə iştirak edib. Oxu.Az-ın "Gazetapress" nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Nazirliyin məlumatına görə, təlimlərdə Serbiya, İtaliya, Rumıniya və Türkiyədən təxminən 600 hərbçi iştirak edib. Təlimləri ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla, bir neçə NATO ölkəsindən müşahidəçilər izləyiblər. Qeyd edilir ki, təlimlər Serbiyanın cənubunda, Buyanovats şəhəri yaxınlığında baş tutub. Nazirlik təlimlərin taktiki xarakter daşıdığını və mayın 23-nə qədər davam edəcəyini bildirib.
Mənbə
oxu.az