Dünya
"Afrika şiri" təlimində yoxa çıxan ABŞ hərbçlərindən daha birinin meyiti tapıldı
Mərakeşdə "Afrika şiri" adı verilən hərbi təlimlər zamanı itkin düşən daha bir ABŞ hərbçisinin meyiti tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə Mərakeş ordusundan məlumat verilib. "Xilasetmə qrupları ölkənin cənub-qərbindəki Kap-Draa rayonunda bir neçə gün əvvəl itkin düşmüş ikinci ABŞ hərbçisinin meyitinin aşkar edilməsindən sonra genişmiqyaslı axtarış əməliyyatlarını başa çatdırıb", - deyə ordunun rəsmi məlumatında bildirilib. Qeyd olunub ki, axtarışlara ABŞ ordusu ilə koordinasiyalı şəkildə ixtisaslaşdırılmış quru və hərbi-dəniz bölmələri səfərbər edilib. Meyiti tapılan hərbi qulluqçunun rütbəsi və adı açıqlanmır. Mayın 11-də Mərakeş ordusunun komandanlığı itkin düşmüş hərbçilərdən birinin meyitinin aşkarlanması barədə məlumat yaymışdı. Daha əvvəl məlumat verilmişdi ki, itkin düşmüş iki hərbçi sonuncu dəfə Kap-Draadakı poliqona bitişik sahil qayalığının yaxınlığında görünüblər. Onların qayadan Atlantik okeanına düşə biləcəyi ehtimal edilirdi.
Mənbə
oxu.az