İdman
Dünya çempionatına 29 gün qaldı: Yaponiya - "Samurai blue" - VİDEO
Yaponiya millisi ("samurai blue" - "mavi samuraylar") intizamı, yüksək texniki hazırlığı və sarsılmaz döyüş ruhu ilə dünya futbolunun ən çox hörmət edilən komandalarından biridir. Üç ev sahibi ölkə - Kanada, Meksika və ABŞ istisna olmaqla, Yaponiya Asiya seçmə qrupunda asanlıqla qalib gələrək DÇ 2026-ya vəsiqə qazanan ilk komanda kimi tarixə düşüb. Bu onların 1998-ci ildə Fransada keçirilən ilk turnirdən bəri qatılacağı ardıcıl səkkizinci dünya çempionatı olacaq. Oxu.Az Yaponiya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Hacime Moriyasu 2018-ci ilin iyulunda Yaponiya millisinin baş məşqçisi təyin edilib. Oyunçu karyerası ərzində o, milli komandanın, eləcə də sonradan baş məşqçi kimi üç J1 Liqası titulunu qazandırdığı "Sanfrecce Hiroshima"nın yarımmüdafiəçisi olub. Moriyasu DÇ-2022-də Yaponiyanı son 16-lığa çıxaran Takeşi Okada və Akira Nişinodan sonra bu uğura imza atan üçüncü yaponiyalı məşqçi olub. Moriyasunun kollektivi idarəetmə bacarığının yüksək olduğu bildirilir. O, gənc oyunçuları inkişaf etdirərkən və nəsillər arasındakı keçidi uğurla idarə edərkən komandanın rəqabətədavamlılığını da qoruyub saxlaya bilib. Yaponiyanın ilk dünya çempionatı Yaponiyanın debüt etdiyi dünya çempionatı 1998-ci ildə Fransada keçirilən turnir olub. Püşkatma nəticəsində onlar Argentina, Xorvatiya və Yamayka ilə eyni qrupda düşmüşdülər. Yamaykaya qarşı matçda Masaşi Nakayamanın Yaponiyanın dünya çempionatlarındakı ilk qolunu vurmasına baxmayaraq, onlar hər üç oyunda məğlub olaraq mübarizəni dayandırmışdılar.
Yaponiyanın sonuncu dünya çempionatı DÇ-2022-də Yaponiya Almaniya, İspaniya və Kosta-Rika ilə eyni qrupda qərarlaşmışdı. Açılış matçında Almaniyanı, üçüncü oyunda isə İspaniyanı məğlub edərək qrupda birinci yeri və pley-off vəsiqəsini təmin etmişdilər. 1/8 finalda onların rəqibi 2018-ci ilin finalçısı Xorvatiya olmuşdu. İki komanda 120 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməmiş, oyun 1:1 hesabı ilə başa çatmışdı. Penaltilərdə isə zəfər çalan tərəf Xorvatiya, məyusluqla turnirlə vidalaşan tərəf isə Yaponiya olmuşdu.
Yaponiyanın ən yaxşı dünya çempionatı Son yeddi dünya çempionatının dördündə Yaponiya qrup mərhələsini adlaya bilsə də, hər dəfə ilk pley-off mərhələsində mübarizəni dayandırıb. 1/8 final onların indiyə qədər irəliləyə bildiyi ən yüksək pillə olaraq qalır. Bu uğura onlar ilk dəfə 2002-ci ildə, ev sahibliyi etdikləri turnirdə nail olmuşdular və Türkiyəyə 0:1 hesabı ilə məğlub olmuşdular. DÇ-2010-da bu, Paraqvaya qarşı penaltilər seriyasındakı məğlubiyyətlə yekunlaşmışdı. DÇ-2018-də Belçikaya qarşı 2:0 hesabı ilə önə keçsələr də, üstünlüyü qoruya bilməmişdilər. DÇ-2022-də isə penalti kədəri yenidən təkrarlanmışdı.
Yaponiya DÇ-2026-ya vəsiqəni necə qazanıb? AFC seçmə mərhələsinin ikinci raundunda Yaponiya Şimali Koreya, Suriya və Myanma ilə bir qrupa düşmüşdü. Onlar 24 qol vurub öz qapılarından qol buraxmamışdılar və hər altı oyunda qalib gələrək rahatlıqla birinci yeri təmin etmişdilər. Üçüncü raundda da sürəti azaltmayan komanda Çin, Bəhreyn və Səudiyyə Ərəbistanı üzərində ardıcıl qələbələr qazanmışdı. Ardından Avstraliya ilə heç-heçə, daha sonra İndoneziya üzərində, eləcə də Çin və Bəhreynə qarşı cavab oyunlarında əldə edilən qələbələr sayəsində seçmə mərhələnin bitməsinə üç tur qalmış vəsiqəni rəsmiləşdirmişdilər. Bu, Yaponiyanı təkcə ev sahiblərindən sonra dünya çempionatına çatan ilk komanda etməmişdi, həm də onların indiyədək ən sürətli təsnifatı kimi yaddaşlara həkk olunmuşdu.
DÇ-2026-da Yaponiyanın oyun cədvəli (Bakı vaxtı ilə) Yaponiya DÇ-2026-da F qrupunda Niderland, İsveç və Tunis millilərinə qarşı mübarizə aparacaq. F qrupu: 15 iyun, 00:00, Niderland - Yaponiya (Dallas stadionu); 21 iyun, 08:00, Tunis - Yaponiya (Monterrey stadionu); 26 iyun, 03:00, Yaponiya - İsveç (Dallas stadionu).
Yaponiyanın dünya çempionatlarındakı unudulmaz anları Yaponiyanın dünya çempionatındakı ən böyük nailiyyətlərindən biri DÇ-2022-nin qrup mərhələsində baş verib. Onların ilk matçı 2014-cü ilin çempionu Almaniyaya qarşı idi. İlk hissədəki penalti qolu ilə geri düşmələrinə baxmayaraq, onlar vəziyyəti dəyişə bilmişdilər. İkinci hissədə Ritsu Doan və Takuma Asanonun qolları bütün dünyanı təəccübləndirən əzmkar qələbəni gətirmişdi. Qrup mərhələsinin son matçında onlar İspaniya timsalında daha bir sabiq çempionla qarşılaşmışdılar. Yenə də Ritsu Doan və Ao Tanakanın qolları ilə 2:1 hesablı əzmkar qələbə qazanaraq qrupu lider kimi tamamlamışdılar. Bu matçların hər ikisi turnirin ən böyük sürprizlərindən olaraq dünya çempionatı tarixinə keçib.
Ev sahibi olduqları 2002-ci il dünya çempionatında komanda Belçika, Rusiya və Tunisin yer aldığı qrupu zirvədə başa vura bilmişdi. Cuniçi İnamoto ardıcıl olaraq Belçika və Rusiyaya qarşı oyunlarda fərqlənərək komandanın tarixində ilk dəfə qrup mərhələsini adlamasında əsas rollardan birini oynamışdı. Türkiyəyə qarşı 0:1 hesablı məğlubiyyətə rəğmən, bu, yapon futbolunda yeni bir eranın başlanğıcı hesab olunan turnir idi. Cənubi Afrikada (2010) Yaponiya açılış matçında Kamerun üzərində 1:0 hesabı ilə qələbə qazanmışdı, daha sonra isə Danimarkaya qarşı həlledici 3:1 hesablı zəfər əldə etmişdi. Həmin matçda həm Keysuke Honda, həm də Yasuhito Endo birbaşa cərimə zərbələrindən uzaq məsafəli möhtəşəm qollar vurmuşdular. Bu, komandanın xarici ölkədə qrup mərhələsini ilk dəfə uğurla keçməsi demək idi.
Dünya çempionatı 2018-ci ildə Rusiyada keçirilərkən Yaponiyanın 1/8 finaldakı rəqibi o vaxt reytinqdə dünyada üçüncü yerdə qərarlaşan Belçika idi. Asiya təmsilçisi Qenki Haraquçi və Takaşi İnuinin qolları ilə 2:0 hesabı ilə önə keçmişdi, lakin Belçika ikinci hissənin sonunda iki qol vuraraq hesabı bərabərləşdirmişdi. Oyunun son saniyələrində Yaponiyanın künc zərbəsindən sonra yaranan əks-hücum isə Belçikaya qələbə qazandırmış və asiyalılara acı məğlubiyyət yaşatmışdı. Komandanın qələbənin astanasından məğlubiyyət kədərinə yuvarlandığı bu matç yapon azarkeşləri sarsıtmış və bu oyun tarixə "Rostov faciəsi" kimi daxil olmuşdu.
Yaponiyanın dünya çempionatındakı ən böyük qələbəsi Yaponiya dünya çempionatlarında keçirdiyi 25 oyundan yeddi qələbə qazanıb ki, bunların da beşi yalnız bir qol fərqi ilə olub. Digər iki qələbə iki qol fərqi ilə qeydə alınıb və bu onların turnirdəki ən böyük qələbələri olaraq qalır. 2002-ci ildəki ev turnirində qrupdan çıxmaq üçün Yaponiyaya Tunisə qarşı ən azı heç-heçə lazım idi. Hiroaki Morişima və Hidetoşi Nakatanın qolları ilə qeydə alınan 2:0 hesablı zəfər bu vəzifənin inamla yerinə yetirildiyini sübut etmişdi. Bənzər vəziyyət DÇ-2010-da Danimarkaya qarşı sonuncu qrup oyununda da yaranmışdı. Keysuke Honda, Yasuhito Endo və Şinci Okazaki fərqlənərək komandaya 3:1 hesablı qələbə qazandırmışdılar və Yaponiyanı pley-off mərhələsinə daşımışdılar.
Yaponiyanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu Keysuke Honda ardıcıl üç turnirdə fərqlənmək daxil olmaqla, ümumilikdə 4 qolla Yaponiya forması ilə dünya çempionatlarında ən çox qol vuran oyunçu rekordunun sahibidir. Cənubi Afrikada (2010) o, Kameruna qarşı hesabı açmış, ardınca Danimarkaya qarşı həm məhsuldar ötürmə vermiş, həm də cərimə zərbəsindən heyrətamiz uzaq məsafədən qola imza atmışdı. Dörd il sonra Braziliyada Kot-d'İvuara qarşı ilk qolu vurmuş, Rusiyada (2018) isə Seneqala qarşı vurduğu çox vacib bərabərlik qolundan sonra azarkeşlər onun adını tərənnüm etmişdilər.
Yaponiyanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçusu Bu rekord 2010-cu, 2014-cü, 2018-ci və 2022-ci il turnirlərində ümumilikdə 15 matçda meydana çıxan Yuto Naqatomiya məxsusdur. 2010-cu ildə o, Yaponiyanın hər dörd oyununda əsas heyətdə çıxış edərək komandanın pley-off mərhələsinə yüksəlməsində pay sahibi olmuşdu.
O, həmçinin 2014-cü və 2018-ci illərdə sol cinahın vacib oyunçusu kimi bütün görüşlərdə iştirak etmişdi. 2022-ci ilə qədər o, artıq heyətin veteran üzvü idi və Almaniya ilə İspaniyaya qarşı əldə olunan tarixi zəfərlərə böyük töhfə vermişdi. Naqatomo hələ də aktiv futbolçudur və 2026-cı ildə ardıcıl beşinci turnirdə iştirak etməyi hədəfləyir. Yaponiya millisi Şimali Amerikaya sadəcə qrupdan çıxmaq üçün deyil, Asiya futbolunun adını zirvəyə ucaltmaq üçün yollanır. Onların sürətli və ağıllı futbolu 2026-cı ilin əsas sürprizlərindən biri ola biləcəkmi?

Mənbə
oxu.az