Dünya
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı edir? - Planın əks olunduğu FOTO
Prezident Donald Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatı ola biləcəyinə eyham vurub. Oxu.Az xəbər verir ki, o, bu niyyəti ehtiva edən müvafiq şəkli özünün sosial şəbəkə səhifəsində paylaşıb.
Siyasətçinin dərc etdiyi təsvirdə Venesuelanın ABŞ bayrağının rəngində olduğu və yuxarıda "51-ci ştat" sözləri yazıldığı görünür. Yanvarın sonunda Tramp Kanada, Qrenlandiya və Venesuelanı ABŞ dövlətləri etmək istədiyini açıqlamışdı. "Fox News"un əməkdaşı Coş Robertsin sözlərinə görə, Tramp Venesuelanı ilhaq etmək planlarını ciddi şəkildə nəzərdən keçirir. Mayın 11-də Venesuela prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Delsi Rodriges bu barədə heç bir danışıq aparılmadığını və belə bir planın mümkünsüz olduğunu söyləmişdi. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.

Mənbə
oxu.az