Dünya
Polşadan müharibə təhlükəsinə qarşı tədbir
Polşa hökuməti ölkənin ən böyük 10 şəhərində metro inşa etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb. Layihənin əsas məqsədi metrodan həm nəqliyyat vasitəsi, həm də mümkün hərbi əməliyyatlar zamanı strateji sığınacaq kimi istifadə etməkdir. Jurnalistlərin əldə etdiyi məlumata əsasən, Polşa İnfrastruktur Nazirliyi artıq "Metro Poland" adlı layihənin icrasına başlayıb. Bu işlər "Əhalinin müdafiəsi və mülki müdafiə haqqında" qanun çərçivəsində həyata keçiriləcək. Qeyd edək ki, hazırda Polşada yalnız paytaxt Varşavada metro fəaliyyət göstərir. 2025-ci ilin dekabrında Varşava meri Rafal Tşaskovski metronu 100 000 nəfərlik nəhəng sığınacağa çevirməyə imkan verəcək layihəni təqdim edib. Planlara əsasən, müharibə təhlükəsi yaranacağı təqdirdə metro stansiyalarında insanlar çarpayılar, yorğanlar və içməli su ilə təmin olunacaqlar.
Mənbə
oxu.az