Dünya

Muzeylərə getmək və rəsm çəkməyin sağlamlığa faydaları açıqlandı

13 May 2026, 03:44 1 baxış
Muzeylərə getmək və rəsm çəkməyin sağlamlığa faydaları açıqlandı
Qalereya və muzeyləri ziyarət etmək, kitab oxumaq və rəsm çəkmək sağlamlıq vəziyyətini yaxşılaşdıra, eləcə də qocalma prosesini ləngidə bilər. Oxu.Az xəbər verir ki, bu barədə britaniyalı alimlərin araşdırmasına istinadən "The Guardian" nəşri məlumat yayıb. Araşdırma müəlliflərindən birinin sözlərinə görə, incəsənətlə məşğul olmaq və mədəni tədbirlərə qatılmaq həm psixi sağlamlıq üçün faydalıdır, həm də bir növ fiziki aktivlik hesab olunur. Buna baxmayaraq, tədqiqatçılar qocalma prosesinin yavaşlamasının mütləq şəkildə uzunömürlülük mənasına gəlmədiyini vurğulayırlar. Qeyd olunur ki, incəsənət və ömrün uzanması arasındakı birbaşa əlaqəni tam müəyyən etmək üçün hələ əlavə araşdırmalara ehtiyac var.
Mənbə oxu.az

Oxşar Xəbərlər