Şou biznes
"Avroviziya-2026" müsabiqəsinin ilk yarımfinalı keçirildi
Vyanada keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi yekunlaşıb. Oxu.Az xəbər verir ki, finala çıxmaq üçün 15 ölkənin nümayəndələri 10 vəsiqə uğrunda mübarizə aparıblar. İlk seçmə mərhələni müsabiqənin favoritləri - Finlandiyadan skripkaçı Linda Lampenius və müğənni Pete Parkkonenin dueti, eləcə də Yunanıstanı təmsil edən Akilos uğurla keçiblər. Bunlardan əlavə, mayın 16-sı şənbə günü keçiriləcək finalda tamaşaçılar İsrail təmsilçisi Noam Bettan, Moldovadan repper Satoşi, İsveçdən Felisiya, həmçinin Xorvatiyadan "Lelek" qadın kvinteti, Litvadan müğənni Layon Sikku, Polşadan ifaçı Alitsya, Serbiyadan "Lavina" rok-qrupu və Belçikadan müğənni Essilanı görəcəklər. "Avroviziya" finalının digər on iştirakçısı mayın 14-ü, cümə axşamı keçiriləcək ikinci seçmə mərhələnin yekunlarına görə müəyyənləşəcək. Müsabiqənin təşkilatçısı olan Avropa Yayım İttifaqının ən böyük maliyyə donorları - Böyük Britaniya, Almaniya, İtaliya və Fransa, eləcə də əvvəlki "Avroviziya"nın qalibi olan ölkə finala birbaşa vəsiqə qazanır. Bu il həmin ölkə Avstriyadır.
Mənbə
oxu.az