Dünya
İranın şimalında zəlzələ baş verib
İranın şimalında 4.5 maqnitudalı zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerlaltı təkanlar Bakı vaxtı ilə 00:16-da qeydə alınıb. Qurumdan verilən xəbərə görə, Tehrandan 38 km şərqdə qeydə alınan zəlzələnin ocağı 35 km dərinlikdə olub. Zəlzələ nəticəsində hər hansı itki və fəsadlar barədə məlumat verilməyib.
Mənbə
oxu.az