Dünya

İrandan ABŞ-yə beş şərt - Tehran Vaşinqtondan nə tələb edir?

13 May 2026, 00:12 1 baxış
İrandan ABŞ-yə beş şərt - Tehran Vaşinqtondan nə tələb edir?
İran rəhbərliyi ABŞ ilə münaqişənin tənzimlənməsi istiqamətində danışıqlara yalnız Tehran tərəfindən irəli sürülən beş şərtin icrasından sonra başlayacaq. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı öz mənbəyinə istinadla "Fars" agentliyi yayımlayıb. Verilən məlumata əsasən, həmin şərtlər aşağıdakılardır: - Bütün cəbhə xəttində, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması; - İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi; - Dondurulmuş İran aktivlərinin sərbəst buraxılması; - Müharibə nəticəsində dəymiş ziyanın kompensasiya edilməsi; - Hörmüz boğazında İranın suveren hüquqlarının qəbul olunması. Mənbə vurğulayıb ki, bu tələblər dialoq prosesinə başlamaq üçün zəruri olan minimum etimad mühitinin yaradılması məqsədi daşıyır. Həmçinin bildirilib ki, rəsmi Tehran Pakistan vasitəsilə Vaşinqtona xüsusi mesaj göndərib: Ərəbistan dənizi və Oman körfəzi akvatoriyasında dəniz blokadasının davam etdirilməsi danışıqlara olan inamsızlığı daha da artırır. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər