İdman

Florentino Peres Tçuameni və Valverde arasındakı davadan danışdı

13 May 2026, 01:00 1 baxış
Florentino Peres Tçuameni və Valverde arasındakı davadan danışdı
"Real Madrid" futbol klubunun prezidenti Florentino Peres komandanın oyunçuları Orelyen Tçuameni və Federiko Valverde arasında baş vermiş davaya münasibət bildirib. Oxu.Az xəbər verir ki, o, bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb. Klub rəhbəri bu hadisənin ictimailəşməsindən təəssüfləndiyini vurğulayıb. "Bu, çox pis haldır. Lakin hadisənin ictimaiyyətə açıqlanması daha da pisdir. Klubda olduğum 26 il ərzində futbolçularım həmişə dava ediblər. Bəzən isə bu, bir neçə dəfə baş verib. Mənim futbolçularım hər il dava edirlər. Lakin daxili məsələnin kənara çıxması çox pisdir. Gənclər mübahisə edəndə bir-birinə zərbə endirir, sonra isə dostlaşırlar", - deyə o qeyd edib. Qeyd edək ki, Tçuameni ilə davada Valverde aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Yekunda futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki oyunçu cərimələnib, lakin Valverde öz açıqlamasında dava olmadığını və ehtiyatsızlıqdan xəsarət aldığını deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər