Dünya

Yaxın Şərqdə gərginliyin şiddətlənməsi ehtimalı: Neft qiymətləri dörd faizə yaxın artdı

12 May 2026, 20:24 1 baxış
Yaxın Şərqdə gərginliyin şiddətlənməsi ehtimalı: Neft qiymətləri dörd faizə yaxın artdı
Yaxın Şərqdə gərginliyin yenidən artması ehtimalları fonunda neft qiymətləri yüksəlməkdə davam edir. Oxu.Az bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir. Bildirilib ki, Bakı vaxtı ilə saat 19:09-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul füçersləri əvvəlki ticarət günü ilə müqayisədə 3.8 dollar (3.65%) baha satılaraq bir barel üçün 108.01 dollar təşkil edib. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyun füçersləri isə 3.76 dollar (3.83%) artaraq bir barel üçün 101.83 dollara çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər