İdman

"40 gündə 9-cu matç": Rəşad Sadıqov final öncəsi iddialı danışdı

12 May 2026, 20:36 1 baxış
"40 gündə 9-cu matç": Rəşad Sadıqov final öncəsi iddialı danışdı
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov futbol üzrə Azərbaycan Kubokunun finalında "Sabah"a qarşı keçiriləcək həlledici oyun öncəsi mətbuat konfransında iddialı açıqlamalar verib. Oxu.Az xəbər verir ki, mütəxəssis komandasının gərgin qrafikə rəğmən oyuna tam hazır olduğunu qeyd edib: "Bizi çox önəmli bir sınaq gözləyir. Son 40 gündə 9-cu matçımıza çıxacağıq və bu oyunların hər biri kifayət qədər gərgin keçib. Rəqibimizin gücünə bələdik, "Sabah" son ölkə çempionudur. Lakin biz də öz hazırlığımızı yüksək səviyyədə tamamlamışıq". Sadıqov finalın nəticəsinin digər klubların taleyinə təsir etməsindən də bəhs edib. O, bir çox komandanın maraqları naminə "Sabah"ın qələbəsini arzuladığını gizlətməyib: "Əgər biz qalib gəlsək, "Neftçi" mövsümü 4-cü pillədə bitirsə belə, avrokuboklardan kənarda qalacaq. Eyni zamanda, "Sabah"ın qələbəsi "Turan Tovuz"un Konfrans Liqasına daha yuxarı təsnifat mərhələsindən başlamasına şərait yaradır. Bir sözlə, bizim məğlubiyyətimiz digər klublara sərf edir. Onların yerində olsaydım, mən də eyni şeyi gözləyərdim. Amma biz yalnız öz hədəfimizə fokuslanmışıq". Baş məşqçi taktiki sürprizlərin olmayacağını, lakin oyun planlarının hazır olduğunu bildirib: "Meydanda sürpriz nəsə gözləməyin. Məqsədimiz erkən qol vuraraq üstünlüyü ələ almaqdır. İstəyirik ki, azarkeşlər həm gərgin, həm də baxımlı bir oyun izləsinlər". Xatırladaq ki, "Sabah" - "Zirə" final qarşılaşması mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər