Dünya

Avropanın daha bir ölkəsində hantavirusa yoluxma rəsmən təsdiqləndi

12 May 2026, 18:06 1 baxış
Avropanın daha bir ölkəsində hantavirusa yoluxma rəsmən təsdiqləndi
İspaniya ərazisində hantavirus infeksiyasına ilk yoluxma halı rəsmən təsdiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Verilən məlumata əsasən, "MV Hondius" kruiz gəmisindən təxliyə olunan sərnişinlərdən birində hantavirusa yoluxma faktı aşkarlanıb. Bildirilir ki, gəmidən təxliyə edilən digər 13 şəxsin hantavirus üçün verdiyi testlərin nəticəsi isə hələlik müsbət deyil. Qeyd edək ki, bundan əvvəl Avropanın artıq bir neçə ölkəsində hantavirusla bağlı karantin elan olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər