İdman

Azərbaycan Kubokunun finalına doğru: "Sabah" - "Zirə" qarşıdurmasının maraqlı statistikası

12 May 2026, 17:42 1 baxış
Azərbaycan Kubokunun finalına doğru: "Sabah" - "Zirə" qarşıdurmasının maraqlı statistikası
Futbol üzrə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək "Sabah"la "Zirə" arasındakı matç tərəflər arasında 31-ci duel olacaq. Oxu.Az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, indiyədək yalnız Premyer Liqada qarşılaşan komandalar arasında 30 matç baş tutub. Bu görüşlərdə "Sabah" 12, "Zirə" 8 dəfə qalib gəlib, 10 qarşılaşmada isə heç-heçə qeydə alınıb. 72 qolun vurulduğu duellərdə "Sabah" üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib. "Sabah" - "Zirə" qarşılaşmalarında 42 futbolçu qol sevinci yaşayıb. "Sabah"ın 24, "Zirə"nin 20 oyunçusu rəqib qapısına yol tapıb. Davit Volkov və Xulio Sezar Rodriges hər iki komandanın heyətində fərqləniblər. 7 qola sevinən Volkov duellərin ən məhsuldar oyunçusudur. O, "Zirə"də 6, "Sabah"da bir dəfə sevinib. Xulio isə 3 dəfə masazırlıları, iki dəfə zirəliləri sevindirməyi bacarıb. Volkov "Zirə"də 6 qol vurduğu kimi, Coy-Lens Mikels də eyni sayda topu "Sabah"da vurub. Beş futbolçunun aktivində 3 qol var. Hamidu Keyta "Zirə"də, Amadu Diallo, Kevin Kubemba, Marko Deviç və Velko Simiç "Sabah"da buna nail olublar. Əvvəlki 30 dueldə yeganə het-trik Volkovun hesabındadır. 8 dubl qeydə alınıb. Marko Deviç, Velko Simiç, Amadu Diallo, Coy-Lens Mikels və Kevin Kubemba "Zirə"nin, Hamidu Keyta, Nicat Süleymanov və Xulio Sezar Rodriqes "Sabah"ın qapısına 2 qol vurublar. 2018/19 mövsümü 25.08.2018. Zirə - Sabah - 0:2 Marko Deviç, 2, 30. 27.10.2018. Sabah - Zirə - 2:1 Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73. 02.02.2019. Zirə - Sabah - 0:2 Marko Deviç, 47 (pen.); Rəşad Eyubov, 68. 11.05.2019. Sabah - Zirə - 0:3 Xulio Sezar Rodriqes, 38, 81; Robin Nqalande, 69. 2019/20 mövsümü 31.08.2019. Zirə - Sabah - 1:1 Soni Norde, 88 // Amadu Diallo, 35. 26.10.2019. Sabah - Zirə - 2:2 Amadu Diallo, 28, 44 // Nicat Süleymanov, 22, 88. 01.02.2020. Zirə - Sabah - 2:0 Ağabala Ramazanov, 45+1; Riçard Qadze, 78. 2020/21 mövsümü 20.09.2020. Zirə - Sabah - 0:2 Xulio Sezar Rodriges, 51; Kevin Kubemba, 90+2. 08.11.2020. Sabah - Zirə - 0:1 Ağabala Ramazanov, 58. 14.02.2021. Zirə - Sabah - 2:2 Davit Volkov, 79; Klesio Bauk, 90+2 // Kevin Kubemba, 9, 83. 19.05.2021. Sabah - Zirə - 2:1 Ramil Şeydayev, 21; Xulio Sezar Rodriges, 89 // Qismət Alıyev, 78 (pen.). 2021/22 mövsümü 18.09.2021. Zirə - Sabah - 1:1 Mohamed Hamdaui, 49 // Şpiro Periçiç, 83. 06.11.2021. Sabah - Zirə - 3:3 Coy-Lens Mikels, 2, 24; Xuan Kamara, 45+2 // Davit Volkov, 5, 60, 81. 20.02.2022. Zirə - Sabah - 2:0 Hamidu Keyta, 63, 90+4 09.04.2022. Sabah - Zirə - 3:1 Lukas Rangel, 40; Coy-Lens Mikels, 58; Xulio Sezar Rodrigez, 90+5 // Hamidu Keyta, 48. 2022/23 mövsümü 12.08.2022. Zirə - Sabah - 1:3 Sertan Taşkın, 34 // Abdulaye Ba, 5; Coy-Lens Mikels, 27; Namik Ələskərov, 48. 15.10.2022. Sabah - Zirə - 1:0 Emmanuel Apeh, 72. 15.03.2023. Zirə - Sabah - 0:2 Davit Volkov, 52; Coy-Lens Mikels, 62. 22.05.2023. Sabah - Zirə - 0:0 2023/24 mövsümü 26.08.2023. Zirə - Sabah - 1:0 Vladislav Kulaç, 2. 05.11.2023. Sabah - Zirə - 0:1 Rüstəm Əhmədzadə, 90+1. 27.01.2024. Zirə - Sabah - 0:1 Sofian Çakla, 90+9 (pen.). 30.03.2024. Sabah - Zirə - 0:1 Ruan Renato, 25. 2024/25 mövsümü 11.08.2024. Sabah - Zirə - 0:2 Rafael Utziq, 50 (pen.); Salifu Suma, 52. 20.10.2024. Zirə - Sabah - 1:1 Giorgi Papunaşvili, 90+1 // Cesse Sekidika, 7. 15.03.2025. Sabah - Zirə - 1:1 Cesse Sekidika, 34 // Davit Volkov, 63. 17.05.2025. Zirə - Sabah - 1:1 Giorgi Papunaşvili, 26 // Pavol Safranko, 68. 2025/26 mövsümü 19.10.2025. Sabah - Zirə - 3:0 Aron Maluda, 42; Velko Simiç, 45+2; 75. 31.01.2026. Zirə - Sabah - 1:3 Davit Volkov, 83 // Velko Simiç, 9; İvan Lepiniça, 22; Xəyal Əliyev, 27. 11.04.2026. Sabah - Zirə - 2:2 Coy-Lens Mikels, 16; İqor Noqeyra, 51 // Ruan Renato, 32 (pen.); Eren Aydın, 41.
Mənbə oxu.az

Oxşar Xəbərlər