Şou biznes
Ölümündən 15 il sonra Maykl Ceksonun "gizli ailəsi"ndən müğənni ilə bağlı dəhşətli iddialar
Pop musiqisinin kralı Maykl Ceksonun ölümündən illər sonra onun şəxsi həyatı ilə bağlı yeni şok iddialar ortaya atılıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri yazıb. Maykl Ceksonun "gizli ailəsi" olduğu iddia edilən dörd bacı-qardaşı onun tərəfindən illərlə zorakılığa məruz qaldığını irəli sürüb. Kaşio ailəsi müsahibə zamanı iddia edib ki, Maykl Cekson uşaqlıqda nəinki onlara təcavüz edib, həmçinin narkotik və spirtli içki də qəbul etdirib. İddiaçıların sözlərinə görə, müğənni uşaqlara çıxış əldə etmək üçün əvvəlcə onların valideynlərinə dəbdəbəli hədiyyələr və şöhrət bəxş edib. Onlar iddia edirlər ki, zorakılıq halları 25 il ərzində davam edib və hətta Elizabet Teylor kimi məşhurların evlərində də baş verib. "O, canavar idi, o, şər idi və onun etdikləri şey də şər idi. O, bütün dünyanı aldadıb, özünün günahsız, ideal insan olduğuna inandırıb, amma bu belə deyil", - deyə Dominik Kaşio bildirib. Hazırda 43 yaşı olan Eddi Kaşionun sözlərinə görə, 11 yaşından bəri Maykl Cekson tur zamanı eyni yataqda ona cinsi qısnama edib. Mari-Nikol iddia edir ki, 12 yaşında ikən Maykl Cekson onu soyunmağa məcbur edib, eləcə də ona güclü təsirə malik dərmanlar verib. Ceksonun varislərinin vəkili bu iddiaları sənətçinin ölümündən 15 il sonra onun adı üzərindən qazanc əldə etmək cəhdi adlandırıb.
Mənbə
oxu.az