Dünya

Türkiyəli məşhur müğənni Yusuf Güneylə bağlı məhkəmə qərar verdi

12 May 2026, 14:38 1 baxış
Türkiyəli məşhur müğənni Yusuf Güneylə bağlı məhkəmə qərar verdi
Rəqəmsal platforma yayımında narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı"nın istifadəsinə təşviq xarakterli ifadələr işlətdiyi ittihamı ilə həbs edilən türkiyəli məşhur müğənni Yusuf Güney barəsində məhkəmə qərar çıxarıb. Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir. Məlumata görə, Yusuf Güney barəsində həbs qərarı çıxarıldıqdan 33 gün sonra ev dustaqlığına buraxılıb. Xatırladaq ki, müğənni aprelin 9-da "YouTube" videosunda "Ayahuaska çayı" çayının istifadəsini təşviq etdiyi iddia edilən açıqlamalarına görə həbs edilmişdi. Daha əvvəl isə qan və saç nümunələri götürülən testlər müsbət nəticə vermiş, saçlarında kokain aşkarlanmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər