Dünya

Hantavirus təhlükəsi: Kanadada vətəninə dönən sərnişinlər karantinə alındılar

12 May 2026, 14:54 1 baxış
Hantavirus təhlükəsi: Kanadada vətəninə dönən sərnişinlər karantinə alındılar
Hantavirus infeksiyasının qeydə alındığı "MV Hondius" kruiz gəmisində səyahət edən daha dörd Kanada vətəndaşı ölkələrinə döndükdən sonra Səhiyyə Nazirliyinin nəzarəti altına alınacaq. Oxu.Az xəbər verir ki, bu informasiyanı SVS telekanalı yayıb. Həmin şəxslər 21 günlük karantin rejiminə cəlb olunmalıdırlar və bu müddətin 42 günə qədər artırılması ehtimalı var. May ayının 11-i Kanadaya çatan bu turistlərdə hələ ki hantavirusun heç bir əlaməti müşahidə edilməyib. Xatırladaq ki, mayın 8-də "MV Hondius"dan olan daha iki sərnişinin Kanadaya geri döndüyü və onların da tibb işçilərinin nəzarətində qalacağı açıqlanmışdı. Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verde istiqamətində Atlantik okeanında hərəkət edən Niderlanda məxsus "MV Hondius" gəmisində hantavirusun yayıldığını bəyan etmişdi. Ən son məlumata əsasən, gəminin göyərtəsində səkkiz nəfərin virusa yoluxması təsdiqini tapıb və onlardan üçü dünyasını dəyişib. Göyərtədə tapılan And hantavirus növünün başlıca daşıyıcısı uzunquyruq düyü siçanı hesab edilir. Düyü siçanları (Neacomys) daha çox Mərkəzi və Cənubi Amerika meşəliklərində məskunlaşan xırda gəmiricilərdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər