Dünya

Tramp İrana qarşı müharibəni bərpa edə bilər - Ağ Evdə nə müzakirə olunur?

12 May 2026, 13:34 1 baxış
Tramp İrana qarşı müharibəni bərpa edə bilər - Ağ Evdə nə müzakirə olunur?
ABŞ Prezidenti Donald Tramp İrana qarşı tammiqyaslı hərbi əməliyyatı bərpa etməyi getdikcə daha ciddi şəkildə nəzərdən keçirməyə başlayır. Oxu.Az-ın xəbərinə görə, CNN kanalı Ağ Ev rəhbərinin adı açıqlanmayan köməkçilərinə istinadən belə bir iddia ilə çıxış edib. Onların məlumatına görə, Trampın səbri tükənir və buna səbəb Hörmüz boğazının bağlanmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlərə getməməsidir. ABŞ Administrasiyasının başçısı bunu İran daxilindəki mümkün fikir ayrılıqları ilə əlaqələndirir. CNN bildirib ki, Ağ Evdə Tehranla bağlı müxtəlif perspektiv addımlar təklif edən bir neçə düşərgə var: ABŞ administrasiyasının bəzi nümayəndələri daha aqressiv yanaşma mövqeyindən çıxış edirlər ki, bu, İslam Respublikasının mövqeyini zəiflətmək məqsədilə İrana zərbələr endirilməsini nəzərdə tutur. Digərləri isə diplomatik səylərin davam olunması üçün israr edirlər. Bundan əlavə, Trampın yaxın çevrəsindən bəziləri ABŞ-İran danışıqlarında vasitəçi qismində çıxış edən Pakistanın ABŞ-nin mövqeyini İrana daha dəqiq çatdırmasını istəyirlər. Ağ Evdə hesab edirlər ki, Pakistan vasitəçiləri çox vaxt Vaşinqtona İranın əslində olduğundan daha müsbət mövqeyini çatdırırlar. Telekanal qeyd edir ki, ABŞ liderinin bu həftə Çinə yola düşməzdən əvvəl İranla bağlı hər hansı yekun qərar verməsi ehtimalı azdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər