Dünya

Meksikadan ABŞ-də qapalı konteynerdə həlak olanlar barədə RƏSMİ AÇIQLAMA

12 May 2026, 10:14 1 baxış
Meksikadan ABŞ-də qapalı konteynerdə həlak olanlar barədə RƏSMİ AÇIQLAMA
Meksikanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Laredo şəhərində (Texas ştatı) qapalı dəmiryol konteynerində altı miqrantın həlak olduğunu təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə Meksika XİN rəsmi məlumat yayıb. XİN-dən bildirilib ki, həlak olanlardan üçü Meksika vətəndaşıdır, qalanlarının şəxsiyyətləri hələ müəyyənləşdirilir. Daha əvvəl "The New York Times" qəzeti ABŞ-Meksika sərhədi yaxınlığında altı meyit tapıldığı barədə məlumat yaymışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər