Siyasət
Paşinyanın "çətir" axtarışı - "Paris Cənubi Qafqaza Ermənistanın maraqları naminə gəlmir"
"İrəvanın Fransa silahları ilə modernləşmə cəhdi sülhə deyil, yalnız yeni bir hərbi-siyasi asılılığa xidmət edir". Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. O bildirib ki, regionda yaranan yeni reallıqların vəd etdiyi perspektivlərə baxmayaraq, Ermənistan öz dövlətçiliyinin inkişafında, təəssüf ki, hami axtarışına üstünlük verir:
"Hazırda bu ölkənin xarici siyasət kursu bir güc mərkəzindən digərinə keçid xarakteri daşımaqdadır. Daha dəqiq desək, uzun illər Rusiyanın hərbi və iqtisadi forpostu rolunu oynayan İrəvan hazırda bu asılılığı Qərb, xüsusilə Fransa ilə əvəzləməyə çalışır. Lakin sirr deyil ki, bu keçid uzun vədədə strateji müstəqillik deyil, sadəcə, "təhlükəsizlik çətiri" axtarışıdır. Öz növbəsində Paris də, heç şübhəsiz ki, Cənubi Qafqaza Ermənistanın maraqları naminə deyil, bir sıra coğrafiyalar, o cümlədən Afrikada itirdiyi nüfuzu kompensasiya etmək və neokolonial siyasətini bölgəyə daşımaq üçün daxil olur. İrəvanın Fransa silahları ilə modernləşmə cəhdi də bu baxımdan sülhə deyil, yalnız yeni bir hərbi-siyasi asılılığa xidmət edir". Deputat qeyd edib ki, Ermənistanın iqtisadiyyatı, enerji sistemi və infrastrukturu hələ də böyük ölçüdə Rusiyanın nəzarətindədir: "Fransanın siyasi dəstəyi isə bu fundamental asılılığı aradan qaldırmaq gücündə deyil, əksinə, bu situasiya kənar güclərin alətinə çevrilən İrəvanın təcridini daha da dərinləşdirir. Digər tərəfdən, dəyişməz reallıqdır ki, həqiqi suverenlik qonşularla - Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən və regional inteqrasiyadan keçir. Prezident İlham Əliyevin bəyanatlarında dəfələrlə vurğuladığı kimi, regionun taleyi artıq Parisdə və ya okeanın o tayında deyil, məhz regionun özündə həll olunur. Şuşa Bəyannaməsi ilə möhkəmlənən Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə həlledici reallıqdır. Avropa İttifaqı siyasi zirvəsi üçün Ermənistana səfəri çərçivəsində Emmanuel Makronun bu ölkədən Türkiyəyə quru sərhədini keçmək cəhdinin uğursuzluğu əyani göstərir ki, Bakı və Ankaranın razılığı olmadan bölgədə yeni oyun qaydaları müəyyən etmək qeyri-mümkündür. İndi Ermənistan rəhbərliyi də anlamalıdır ki, həqiqi müstəqillik uzaq paytaxtların vədlərində deyil, qonşuların ərazi bütövlüyünə hörmətdə və regional əməkdaşlıqdadır. Əks halda, İrəvan geosiyasi rəqabət meydanı olmaqdan xilas ola bilməyəcək".

Mənbə
oxu.az
Oxşar Xəbərlər