Dünya

Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək

10 May 2026, 04:02 1 baxış
Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək
Tərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir. Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib. "Dördayaqlı dostlarımızın hər zaman təmiz içməli suya çıxışı olmalıdır. Sahədəki su çəlləklərindən və ya fəvvarələrdən itlərin su içməsinin qarşısını alın. Çünki durğun sular zərərli mikroorqanizmlərlə doludur. Bu qayda şəhərkənarı nohurlar və gölməçələr üçün də keçərlidir - belə sularda çimmək qətiyyən məsləhət görülmür. Açıq su çəlləkləri isə əlavə risk yaradır. İtin qəfildən suya düşməsinin qarşısını almaq üçün onların üstü bağlı saxlanılmalıdır. Heyvan oradan təkbaşına çıxa bilməyə bilər", - deyə qurumdan bildirilib. Mütəxəssislər, həmçinin ev heyvanlarının zəhərli bitkilərdən uzaq tutulmasının vacibliyini vurğulayıblar. RKF-dən verilən məlumata görə, itlər üçün ən təhlükəli bitkilər arasında delfinium, tülkügülü, nərgiz, lalə (xüsusilə soğanaqları), inciçiçəyi və krokuslar yer alır. "Bundan əlavə, kompost da özündə zəhərli maddələr saxlaya bilər", - deyə təşkilatdan qeyd olunub. Qurum bağ evinə və ya təbiətə aparılan heyvanların təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyinə də diqqət çəkib. "Əgər itin kölgəlik yerə və ya sərin suya çıxışı yoxdursa, cəmi 15-20 dəqiqə ərzində günvurmadan zərər görə bilər. Üstəlik, ev heyvanını heç vaxt günəş altında və ya bağ yaxınlığında dayanmış avtomobildə bağlı vəziyyətdə qoymayın. Bu, bir neçə dəqiqə ərzində ölümlə nəticələnə bilər", - deyə kinoloqlar xəbərdarlıq ediblər. Mütəxəssislər səfərə çıxmazdan əvvəl itin bütün vacib peyvəndlərinin vurulduğuna əmin olmağı da tövsiyə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər