Dünya
İrana qarşı dəniz blokadası başlayandan bəri neçə gəmi sıradan çıxarılıb? - AÇIQLAMA
ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 58 tankeri istiqamətini dəyişməyə məcbur edib və blokadanı pozmağa çalışan dörd gəmini sıradan çıxarıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb. "ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadasını davam etdirir. Aprelin 13-dən bu günədək CENTCOM qüvvələri 58 ticarət gəmisinin istiqamətini dəyişdirib və İran limanlarına daxil olmağa və ya oranı tərk etməyə çalışan dörd gəmini sıradan çıxarıb", - deyə açıqlamada bildirilib. Qeyd olunub ki, ABŞ hərbçiləri İranın dəniz blokadasına aprelin 13-də başlayıblar. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyan edib ki, İran limanlarına yönələn və ya ölkə sahillərindən uzaqlaşmağa çalışan bütün gəmilərin hərəkətini bloklamaq niyyətindədir.
Mənbə
oxu.az