Cəmiyyət

Ermənistana daha 16 vaqon yanacaq göndərilir

09 May 2026, 19:18 1 baxış
Ermənistana daha 16 vaqon yanacaq göndərilir

Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.


Axar.az xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək.


Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və və 4 vaqon taxıl tədarük olunacaq.


Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.


Qeyd edək ki, bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər