Siyasət
Dövlət xidmətinin şəxsi heyəti Heydər Əliyevin xatirəsini yad edib - FOTO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və qurumun aparatının, həmçinin Bakı qarnizonunun bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət ediblər. Oxu.Az xəbər verir ki, bu barədə SHXÇDX məlumat yayıb. Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb. Həmçinin Xidmətin Aparatında, Mərkəzi Çağırış Məntəqəsi Kompleksində və yerli struktur qurumlarında ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər