Siyasət
Heydər Əliyevin 103 illiyi ilə bağlı hərbi liseyə mediatur təşkil olunub - FOTOREPORTAJ
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyə mediatur təşkil edilib. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, iştirakçılar əvvəlcə Hərbi Liseyin ərazisində yerləşən ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, ümummilli liderin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra liseydəki Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub, burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar, muzeyin yaranma tarixi, fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib. Mediatur çərçivəsində brifinq keçirilib.
Bildirilib ki, C.Naxçıvanski adına Hərbi Lisey ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb. Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində bu liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb. Bu gün ordumuzun peşəkar kadrlarla təmin olunmasında məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Mediatur iştirakçılarına məlumat verilib ki, C.Naxçıvanski adına Hərbi Liseyi bugünədək 14 mindən çox gənc bitirib, məzunlardan 20 nəfərdən çox zabit "general" ali rütbəsinə yüksəlib. Vətən müharibəsində hərbi liseydə xidmət edən hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak ediblər, onlardan 1 nəfər zabit şəhidlik zirvəsinə yüksəlib, 3 nəfər hərbi qulluqçu yaralanıb, 40-dan çoxu isə orden və medallarla təltif olunub.
Qürur hissi ilə bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş şəxslərdən 11 nəfəri məhz bu təhsil ocağının məzunudur, 1 nəfər isə hərbi liseydə xidmət keçən zabitdir. Eləcə də, məzunlardan 19 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Vətən müharibəsində göstərdiyi igidlik və şücaətlərə görə liseyin 100 nəfərdən çox məzun orden və medallarla təltif edilib. Daha sonra mediatur iştirakçıları tədris korpusu, kursant yataqxanası, yeməkxana, idman kompleksi, tibb məntəqəsi və digər inzibati binalarla, burada kursantlar üçün yaradılmış şəraitlə tanış olublar.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az

Mənbə
oxu.az
Oxşar Xəbərlər