Cəmiyyət

Xırdalanda yolda biabırçı vəziyyət: Dərin çalalar avtomobillərə ziyan vurur - VİDEO

09 May 2026, 11:26 1 baxış
Xırdalanda yolda biabırçı vəziyyət: Dərin çalalar avtomobillərə ziyan vurur - VİDEO
Xırdalan şəhərində avtomobil yolunun yararsız vəziyyəti sürücülərin narazılığına səbəb olub. Oxu.Az-a daxil olan görüntülərdə yolun müxtəlif hissələrində dərin çalaların yarandığı əksini tapır. Yağış suları ilə dolmuş çuxurlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Sürücülər bildirirlər ki, yoldakı acınacaqlı durum maşınlara ziyan vurur və hərəkət zamanı əlavə çətinliklər yaradır. Onlar aidiyyəti qurumlardan küçənin təmir olunmasını tələb edirlər.
Xırdalanda yolda biabırçı vəziyyət: Dərin çalalar avtomobillərə ziyan vurur - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər