Dünya
ABŞ-nin "Qiyamət günü" radiostansiyasının aktivliyi kəskin şəkildə artıb: Nə baş verir?
Qısadalğalı radioefir üzrə müşahidəçilər ABŞ-nin HFGCS strateji radio şəbəkəsinin aktivliyinin artdığını bildiriblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Qiyamət günü" radiostansiyasının monitorinqində ixtisaslaşmış "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib. Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, HFGCS stansiyaları Rusiyanın "UVB-76" radiostansiyasından gələn siqnallar kimi açıq radio kanalı üzərindən kənar şəxslərin deşifrə etməsindən qorunan mesajlar ötürülər. HFGCS radioşəbəkəsinin aktivliyi dəfələrlə ABŞ-nin həm mövcud, həm də ehtimal edilən hərbi fəaliyyəti ilə əlaqələndirilib. Getdikcə daha tez-tez yayımlanan siqnallar fonunda həvəskarlar HFGCS şəbəkəsi üzərindən ötürülən mesajların müşahidələrini dərc etmək qərarına gəliblər, eləcə də abunəçilərə alınan məlumatları müstəqil şəkildə təhlil etməyi və müqayisə etməyi təklif ediblər.
Mənbə
oxu.az