Dünya

Avstriyada Qələbə günü ərəfəsində sovet əsgərlərinin xatirəsi təhqir edilib - FOTO

09 May 2026, 02:00 1 baxış
Avstriyada Qələbə günü ərəfəsində sovet əsgərlərinin xatirəsi təhqir edilib - FOTO
Avstriyanın paytaxtı Vyana şəhərində Qələbə günü ərəfəsində sovet hərbi məzarlığı təhqir olunub. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Avstriyadakı səfirliyi rəsmi "Telegram" kanalında məlumat yayıb. "Vandalların hərəkətləri nəticəsində Avstriyanın nasizmdən azad olunması uğrunda döyüşlərdə həlak olmuş sovet əsgərlərinin məzar daşları zədələnib. Bu cür cinayət əməlləri xuliqanlıq və ya təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Söhbət tarixi yaddaşa qarşı şüurlu hücumdan, Avropanı "qəhvəyi taun" təhlükəsindən xilas etmiş insanların qəhrəmanlığını təhqir etmək cəhdindən gedir", - diplomatik nümayəndəlikdən bildirilib. Səfirlik hadisə barədə Avstriya hökumət orqanlarını məlumatlandırıb. Rəsmi qurumlar məzarlığın qısa müddətdə əvvəlki vəziyyətinə gətiriləcəyini və insidentin bütün hallarının diqqətlə araşdırılacağını vəd ediblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər